2022-ci ildə Türkiyədə ən çox hansı ölkənin vətəndaşları şirkət yaradıb?


2022-ci ildə Türkiyədə 20135 xarici kapitallı şirkət yaradılıb ki, bu da 2010-cu ildən bəri rekord göstəricidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Palatalar və Birjalar İttifaqının dərc etdiyi məlumatda deyilir.
Türkiyə rəsmi dairələrinin statistik məlumatlarına əsasən, ötən il respublikada Rusiya vətəndaşlarının iştirakı ilə 1363 firma (140 səhmdar cəmiyyəti və 1223 məhdud məsuliyyətli cəmiyyət) qeydiyyatdan keçib. İkinci yerdə İran (1,3 min şirkət), üçüncü yerdə isə Almaniya vətəndaşları (484 şirkət) qərarlaşıb.
Xarici vətəndaşlar 2022-ci ildə əsasən Türkiyənin topdansatış sektoruna (3070 şirkət) sərmayə qoyublar. Ondan sonra daşınmaz əmlak sektoru (1043) və kommersiya və digər xidmətlər (938) gəlir.
Xarici kapitallı firmaların 62%-i İstanbuldadır (12 462 şirkət). İlk üçlüyü isə Antalya (1648) və Ankara (821) tamamlayır.

DİGƏR XƏBƏRLƏR

Top