Tofiq Yaqublu azadlıqdadır - Fotolar + Yenilənib


Tofiq Yaqublu bu gün azadlığa çıxdıqdan sonra ilk olaraq Müsavat partiyasının qərərgahında ona dəstək üçün aclıq aksiyası keçirənlərə baş çəkib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Sosial şəbəkələrdə onun azadlığa çıxdıqdan sonra çəkilmiş fotoları yayılıb.



***10:14
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu azadlığa buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.
Xatırladaq ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.
Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.
Həbsdə aclıq aksiyasına başlayan Tofiq Yaqublunun səhhəti pisləşdiyi üçün daha sonra xəstəxanaya köçürülmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top