3 ölkə Ukrayna ilə bağlı Almaniyaya çağırış etdi


Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri Almaniyanı Ukraynaya “Leopard” tankları göndərməyə çağırıblar.
Yeniavaz.com
xəbər verir ki, nazirlər ingilis dilində birgə bəyanatla bağlı mesajı Tvitter hesablarında paylaşıblar.
Litvanın xarici işlər naziri Qabrielius Landberqis, Latviya xarici işlər naziri Edqards Rinkeviçs və Estoniyanın xarici işlər naziri Urmas Reinsalu paylaşdıqları mesajda Ukraynaya dəstəklərini təkrarlayıblar.
Paylaşılan mesajda "Almaniyanı Ukraynaya Leopard tankları verməyə çağırırıq. Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır”, - deyə bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top