İsrail “Harop-1”in istifadəsini müvəqqəti dayandırır


İsrail ordusu kəşfiyyat məlumatı toplamaq üçün istifadə etdiyi "Şoval" (“Harop-1”) tipli pilotsuz uçuş aparatlarının (PUA) istifadəsini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb səhər saatlarında “Şoval” tipli PUA-nın havaya qalxması zamanı zədələnməsi olub.
Açıqlamada can itkisi və xəsarət almayan qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələri komandanı Tomer Bar qəza ilə bağlı araşdırmalar tamamlanana qədər Şoval sistemlərinin fəaliyyətini dayandırıb.
İsrail ordusu açıqlamasında qəza yeri və qəza ilə bağlı təfərrüatlara yer verməyib.

 

DİGƏR XƏBƏRLƏR

Top