Müəllimin şagirdləri döyməsini məktəb bu şəkildə izah etdi - Açıqlama + Video


19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib:

"Müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb. Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib.

Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar görüş üçün məktəbə dəvət olunublar. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması onların valideynləri tərəfindən də qətiyyətlə qınanır, məsələnin məktəbdaxili müzakirələr çərçivəsində aydınlaşdırılmasını dəstəklədiklərini bildirirlər".


***21:18
Bakıda müəllimin şagirdlərə şiddət göstərməsi əks olunan görüntü yayılıb.

DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, hadisə Bakıda yerləşən məktəblərin birində qeydə alınıb.
Hazırda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top