Masallıda narkokuryerdə 15 kq-a yaxın heroin aşkarlandı


Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xaricdən göndərilən külli miqdarda narkotikin ölkə ərazisində satışını təşkil etməli olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov Masallı rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı ona məxsus torbadan ayrı-ayrı bükümlərdə 15 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı həmin narkotik vasitənin ona satışı təşkil etməsi üçün xaricdə yaşayan narkotacir tərəfindən göndərildiyi müəyyən edilib.

Masallı RPŞ-nin əməkdaşkarının keçirdiyi digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayonun Banbaşı kənd sakini Şahin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top