ANAMA-nın nizamnamə fondu artırıldı


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ilkin nizamnamə fondu artırılıb.
Yeniavaz.com bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ilkin nizamnamə fondu 100 000 min manat olub. Dəyişikliyə əsasən, ANAMA-nın nizamnamə fondu 2 209 512,9 min manat olacaq.

DİGƏR XƏBƏRLƏR

Top