Cəbrayılda İrandan Azərbaycana 13 kq-dan çox narkotik keçirmək istədilər


Yanvarın 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada, ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram “marixuana”, 3 kq 250 qram “tiryək” və 2000 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.                                                                                                                                                                                  

DİGƏR XƏBƏRLƏR

Top