
NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Ermənistan və Azərbaycana səfəri ilə bağlı yekun məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Kolomina Ermənistanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və digər rəsmi şəxslərlə görüşüb.
Xüsusi nümayəndə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmilərlə görüşüb.
Görüşlərdə regional təhlükəsizlik məsələləri və Laçın dəhlizindəki vəziyyət barədə müzakirələr aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz