Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 614 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 169 nəfər müalicə olunaraq sağalıb, 10 067 nəfər vəfat edib, aktiv xəstə sayı 378 nəfərdir. Ölkədə son sutka ərzində 2 050, hazırkı dövrədək isə 7 468 434 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 474 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 215, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 98, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 131, pozitiv nəticədən sonra buster doza vaksin olunanların sayı isə 30-dur.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 939 457, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 581, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 980, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 062 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top