Mingəçevirdə Ümumxalq Hüzn Günü qeyd edilib - Video


Mingəçevirdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar minlərlə sakin Şəhidlər Xiyabanına axışaraq xalqımızn tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Yeniavaz.com
xəbər verir ki, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclər və ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər Xiyabanını ziyarət edən insanlar qəhrəman vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib.
Daha sonra Mingəçevir Dövlət Dram teatrında şəhidlərimizin xatirəsinə hazırlanmış tamaşa nümayiş olunub.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top