“NATO ölkələrinin münaqişədə iştirakı artır” – Kreml


“Ukraynada münaqişə artan templə inkişaf edir və Şimali Atlantika Alyansının bu münaqişədə iştirakı artır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“İndiyə qədər biz görürük ki, münaqişə, həqiqətən də, yüksələn xətt üzrə inkişaf edir. Biz NATO ölkələrinin bu münaqişədə dolayısı ilə, bəzən isə birbaşa iştirakının artdığını görürük. Biz siyasi iradənin mütləq üstünlüyünə və bu iştirakın davamlı artmasına dəlalət edən bəyanatlar eşidirik”, - Peskov bildirib.
Kreml sözçüsü həmçinin digər ölkələrin “Ukraynanın döyüş meydanında hansısa uğur əldə etməsi ehtimalı ilə bağlı yalanlar”a sadiqliyinə də işarə edib. Peskovun sözlərinə görə, bu, dramatik aldatmadır və Qərb bundan bir neçə dəfə peşman olacaq.

DİGƏR XƏBƏRLƏR

Top