“Azərbaycan tərəfi danışıqlara sadiq olduğunu bəyan edib. Ən qısa zamanda istənilən növbəti görüşün keçirilməsi və sülh müqaviləsi üzrə növbəti danışıqları davam etməyə hazır olduğumuzu bildirmişik”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, məsələ qarşı tərəfin üzərindədir:
“Onlar anlamalıdır ki, sülh prosesinin irəliləməsi Azərbaycan üçün nə qədər lazımdırsa, Ermənistan üçün də bundan az əhəmiyyətli olmamalıdır. Ermənistan bunu başa düşmürsə, bu onların çox səhv siyasətinin nümayişidir”.