Nazarbayev ürək əməliyyatı keçirib - Yenilənib


Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub və uğurlu alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun mətbuat katibi Aidos Ukibay məlumat verib.
"Birinci prezidentin həyatına heç bir təhlükə yoxdur. Hazırda o, müşahidə altındadır. Əməliyyat Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində məşhur kardiocərrah Yurinin rəhbərliyi altında keçirilib”, - Ukibay “Twitter”də yazıb.

***10:04
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin xəstəxanaya yerləşdirildiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın “Xəbər 24” dövlət kanalının keçmiş direktoru Aleksandr Aksyutits məlumat yayıb.
“Mənbələrim Nursultan Nazarbayevin Astana xəstəxanalarından birinə yerləşdirildiyini bildiriblər. O, hərtərəfli ürək müayinəsindən keçir. Tibb işçiləri cərrahi müdaxilənin mümkün olduğunu deyirlər”, - Aksyutits öz feysbuk səhifəsində yazıb.
“Sputnik Qazaxıstan” Nazarbayevin mətbuat katibi Aidos Ukibayın telefon zənglərinə cavab vermədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top