
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İslandiya Nazirlər Komitəsinin sədrinin iddialarına cavab verib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Paradoksal olaraq, İslandiya Nazirlər Komitəsi yüz minlərlə məcburi köçkün olan azərbaycanlının insan haqlarını, hərbi cinayətləri və Ermənistan tərəfindən insan hüquqlarının vəhşicəsinə pozulmasını rədd edir. Laçın yolunda qanunsuz istismar və sui-istifadə hallarının qarşısının alınması tələbi ilə keçirilən dinc aksiyalar qanunidir. 2022-ci ilin dekabr ayından keçən avtomobillərin mal və dərman təchizatından göründüyü kimi, Laçın yolunun guya “blokadaya alınması” və rayonda “humanitar fəlakət” olması ilə bağlı iddialar əsassızdır”, - paylaşımda bildirilib.
Qeyd edək ki, İslandiya NK-nın prezidenti Laçın yolunun guya blokadaya alındığını bildirib:Paradoxically, @IcelandCoE dismisses human rights of 100,000s of displaced Azerbaijanis, the war crimes and brutal violation of #IHL by #Armenia. Peaceful protests on the Lachin road, that demand prevention of the illegal exploitation & abuse of the Lachin road, is legitimate!👇 https://t.co/RfLG0TtxRh
— Aykhan Hajizada (@Aykhanh) January 20, 2023
“Bir aydır davam edən blokada nəticəsində Qarabağda yaşayan insanların humanitar vəziyyətinin getdikcə daha təhlükəli olması məni narahat edir”.
🇮🇸President of @coe Committee of Ministers@thordiskolbrun calls for reopening of #LachinCorridor
— Iceland at CoE 🇮🇸 (@IcelandCoE) January 19, 2023
“I am concerned about increasingly precarious humanitarian situation of people living in Nagorno-Karabakh as a result of the month-long blockade"
Statement👉https://t.co/kmn7YXmEOm pic.twitter.com/NRBhsR6WZN