İtaliyada xərçəngi bu üsulla “müalicə” edən həkim ömürlük həbs olundu


İtaliyanın Kalyari şəhərində həkim xərçəng xəstələrini alternativ üsullarla müalicə etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “L'Unione Sarda” məlumat yayıb.
Bildirilir ki, Terteniya şəhərindən olan 52 yaşlı Alba Veronika Pubbi xərçəng xəstəliyini ultrasəs və radiotezliklərlə müalicə etməyə çalışıb. Məhkəmə prosesində həkim qəsdən adam öldürmə və dələduzluqda ittiham olunub.
O, müdafiəsində xəstələrə hər zaman seçim şansı verdiyini və metodlarında israr etmədiyini bildirib. Onun sözlərinə görə, müalicə etdiyi və vəfat edən üç xəstə xəstəliyin terminal mərhələsində olub.

DİGƏR XƏBƏRLƏR

Top