Azərbaycanda dəniz limanımızın yükaşırma qabiliyyəti artırılacaq


Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona qədər genişləndiriləcək və bunun üçün büdcə ayrılıb.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib. “Yük artımının müəyyən səbəbləri var ki, onlardan biri ənənəvi marşrutlar boyu gözlənilən çətinliklərdir”, - dövlət başçısı bildirib.

DİGƏR XƏBƏRLƏR

Top