Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 080 nəfər müalicə olunaraq sağalıb, 10 064 nəfər vəfat edib, aktiv xəstə sayı 427 nəfərdir.
Ölkədə son sutka ərzində 2 114, hazırkı dövrədək isə 7 466 384 test aparılıb.

Son sutkada, həmçinin koronavirus (COVID-19) əleyhinə 387 vaksin vurulub.
Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 35 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 938 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 483, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 849, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 032 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top