Azərbaycanda hansı sahədə maaşlar nə qədərdir? – Cədvəl


Xəbər verdiyimiz kimi, ötən ilin ilk 11 ayında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 829,9 manat təşkil edib. 
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 388,6 manat, qeyri-neft sektorunda 781 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 783,6 manat, özəl müəssisələrdə isə 881,9 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 3 min 250,1 manat, ən aşağı əmək haqqı isə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb - ayda 482,6 manat.
Bunlardan başqa təhsil sahəsində orta aylıq nominal əmək haqqı 627 manat, tikintidə 999,1 manat, maliyyə və sığorta sahəsində 2 min 57,2 manat, ticarət sektorunda 572,3 manat, informasiya və rabitə sahəsində 1 340,1 manat olub.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top