Ermənistanda 15 hərbçinin öldüyü yanğına görə korpus rəisi işdən çıxarılır


Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis taborunun sığınacağında baş vermiş yanğınla əlaqədar 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryan və Silahlı Qüvvələrin yanğın təhlükəsizliyi idarəsinin rəisi vəzifəsindən azad ediləcək.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Qeyd edək ki, yanğın nəticəsində 15 əsgər həlak olub, 3-ü yanıq xəsarətləri ilə Basarkeçər tibb mərkəzinə yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top