Yeni Zelandiyanın baş naziri gələn ay istefa verəcək


Casinda Ardern gələn ay Yeni Zelandiyanın baş naziri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, o, artıq rəhbərlik etmək üçün kifayət qədər enerjisinin olmadığını söyləyib.
O bildirib ki, bu vəzifəni icra etdiyi 6 il boyunca xeyli əziyyət çəkib.
Ardern fevralın 7-dən gec olmayaraq Leyboristlər Partiyasının lideri vəzifəsini tərk edəcək. Yaxın günlərdə onun yerinə namizədin müəyyənləşdirilməsi üçün səsvermə keçiriləcək.
Oktyabrın 14-də isə Yeni Zelandiyada ümumi seçkilər keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top