Naxçıvanda nağd əməliyyatlara görə qaytarılan ƏDV-nin məbləği endirildi


Naxçıvan Muxtar Respublikasında nağd əməliyyatlara görə qaytarılan ƏDV-nin məbləği 10 faizdən 5 faizə endirilib.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, bu göstərici nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə paralel olaraq, alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesinə başlanılıb.

Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV, həmçinin 2022-ci il oktyabrın 1-dən etibarən isə istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.

DİGƏR XƏBƏRLƏR

Top