Helikopter qəzasına görə matəm elan olundu


Ukraynanın Brovarı şəhərində helikopterin qəzaya uğramasına görə üç günlük matəm elan edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Brovarı şəhərinin meri İqor Sapojko deyib.
Xatırladaq ki, bu gün Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində helikopter qəzaya düşüb. Qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin dünyasını dəyişib.
Hadisə nəticəsində ümumilikdə 14 nəfər ölüb, 11-i uşaq olmaqla 25 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top