"Qarabağ"ın iki futbolçusu Almaniyada əməliyyat olunacaq


"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Abbas Hüseynov yaxın günlərdə əməliyyat olunacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib.

Onun sözlərinə görə, cərrahi müdaxilə Almaniyada baş tutacaq: "Şahruddin yaxın 1-2 gündə, Abbas isə yanvarın 25-dən sonra Almaniyaya yola düşəcək".

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyevin qolu sınıb, Abbas Hüseynovun isə dizi zədələnib.

DİGƏR XƏBƏRLƏR

Top