80-dən artıq ölkəyə maliyyə dəstəyi göstərmişik – Ölkə başçısı


Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN televiziyasına müsahibəsi zamanı deyib.
“Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar” – deyə Prezident qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top