50 yaşdan yuxarı kişilər Polşada hərbi təlimlərə çağırılır


Polşada 50 yaşdan yuxarı kişiləri hərbi təlimlərə çağırmağa başlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Myśl Polska" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, söhbət yalnız hərbi hazırlıqdan gedir. Yaşı 50-dən yuxarı olan kişilərin hansısa birliklərə cəlb edilib-edilməyəcəyi hələlik bəlli deyil.
Nəşrin müəllifi Silviya Qorlitskayanın qeyd etdiyi kimi, onlardan siqnalçı kimi istifadə oluna bilər. Eyni zamanda, layihə komissiyaları vətəndaşların sağlamlıq vəziyyəti ilə qətiyyən maraqlanmır, deyə jurnalist qeyd edib və layihənin məqsədləri göstərilməyib.

DİGƏR XƏBƏRLƏR

Top