İranla münasibətlər pisləşəndən sonra bu ölkəyə gedən azərbaycanlıların sayı artıb – Rəqəmlər


Yola saldığımız 2022-ci ildə xarici ölkələrə 1 milyon 489,5 min Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə gedən azərbaycanlıların 44%-i (655,5 min nəfər) Türkiyəyə, 18%-i (268,1 min nəfər) Rusiyaya, 13,6%-i (202,6 min nəfər) İrana, 8,6%-i isə (128,1 min nəfər) Gürcüstana səfər edib.
Maraqlıdır ki, İrana səfər edən Azərbaycan vətəndaşlarının 79,3 min nəfəri və ya 40%-i iki ölkə arasında münasibətlərin gərginləşdiyi son 3 ayda (oktyabr, noyabr və dekabr) gediblər.
Onu da qeyd edək ki, son 3 ayda Azərbaycana gələn İran vətəndaşlarının sayı 41,9 min nəfər olub və bu il ərzində səfər edənlərin 25%-ni təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top