Bakıda lentə alınmış bu görüntülər gündəm oldu - Video


Bakıda azyaşlının avtomobil yolunda motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, görüntüləri Saleh Nəsirov adlı sosial şəbəkə istifadəçisi öz hesabında paylaşıb.
O bildirib ki, görüntülər 16 yanvar saat 13:13 radələrində Yasamal rayonunun Məhəmməd Naxçivani küçəsində lentə alınıb.
Kadrlarda 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Yeniavaz.com-a bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək:
“Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən”.

DİGƏR XƏBƏRLƏR

Top