Ukraynadakı helikopter qəzasında ölənlərin sayı açıqlandı - Yenilənib


Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı ölənlərin sayı 14 nəfərdir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti rəsmi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən biri uşaqdır.

Yaralananlar isə 25 nəfərdir.


***13:24
Xəbər verdiyimiz kimi, Ukraynanın Kiyev vilayətində helicopter qəzaya uğrayıb və nəticədə ölkənin daxili işlər naziri dünyasını dəyişib.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, Brovaridə helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 18 nəfərə çatıb.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, 12-si uşaq olmaqla 26 nəfər xəsarət alıb.
Qeyd edək ki, bu gün səhər saatlarında helikopter Brovarıdakı uşaq bağçasının ərazisinə düşüb. Əvvəllər helikopter Fövqəladə Hallar Dövlət Xidmətinin tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Qurbanlar arasında həm böyüklər, həm də uşaqlar var.
Qəzaya uğrayan Hava nəqliyyat vasitəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi, o cümlədən daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkoviç olub. Onların hər üçü həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top