“Putin bu gün səfərbərlik və ya Ukraynaya müharibə elan edə bilər”


Rusiya Prezidenti Vladimir Putin bu gün, yanvarın 18-də yeni səfərbərlik dalğası elan edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müharibələrin Tədqiqi İnstitutu (ISW) məlumat yayıb.
Məlumata görə, Putin rəsmi olaraq Ukraynaya müharibə də elan edə bilər.
Bildirilib ki, bugünkü tarix onun üçün simvolikdir:
“Putin yaxın günlərdə - bəlkə də yanvarın 18-də ordusunu genişləndirmək üçün səfərbərliyin ikinci dalğasını elan edə bilər. Kremlin sözçüsü Dmitri Peskov yanvarın 17-də bəyan edib ki, Putin yanvarın 18-də Sankt-Peterburqda Putinin doğulduğu şəhər olan Leninqradın faşist blokadasının yarılmasının 80-ci ildönümü ilə bağlı çıxış edəcək. Putin rus xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir və bəzi rusiyalı müharibə tərəfdarı blogerlər onun bu fürsətdən ya səfərbərlik, ya da Ukraynaya müharibə elan etmək üçün istifadə edəcəyini qeyd ediblər”.
Analitiklər qeyd ediblər ki, bundan əvvəl Ukrayna və Qərb kəşfiyyat orqanları Putinin yanvarın ortalarında səfərbərliyə hazırlaşmağı planlaşdırdığı barədə dəfələrlə xəbərdarlıq ediblər.
Qeyd edək ki, Prezident Vladimir Putin 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynada qondarma Luqansk və Donetsk Xalq Respublikalarının təhlükəsizliyini təmin etmək məqsədilə hərbi əməliyyatlara başladığını elan edib. Beləliklə, bununla da Ukrayna ərazisində baş verənlər Rusiya tərəfindən rəsmi olaraq müharibə yox, hərbi əməliyyatlar kimi qəbul edilir.

DİGƏR XƏBƏRLƏR

Top