Normal yuxu yata bilməyənlər nələrə diqqət etməlidir?


Yuxu həyatımızın mühüm hissəsini əhatə edir. Müasir dövrdə insanların həyat tərzi, iş rejimi və ictimai problemləri onların yuxu rejimlərinə mənfi təsir edir. İlk baxışdan adi hal kimi görünən bu problem əslində həyatını risk altında qoyan ən böyük xəstəliklərdən biridir. Yuxusuz qaldıqda yaş və çəkidən asılı olmayaraq ürək və damar xəstəlikləri riski artır. Lakin normal yuxu yatmaq da çox vacib məsələlərdən biridir və onun bir sıra şərtləri var.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev bu barədə məlumat verərək deyib: “Normal yuxu yatmaq üçün ilk növbədə psixoloji amillərdən, şüuraltı düşüncələrdən maksimum dərəcədə uzaq olmaq lazımdır. Yuxuya gedərkən telefon və planşetlə xəbər oxumamaq lazımdır, çünki beynin aldığı informasiyalar istər-istəməz düşündürməyə səbəb olur. Yatmazdan 4-5 saat əvvəl kofein tərkibli içkilərdən uzaq olmaq məsləhətdir, onun əvəzinə bitki çayları içmək daha yaxşıdır. Yatmazdan təxminən 3 saat əvvəl qida qəbul olunmamalıdır, çünki mədə-bağırsaq sisteminin gücə düşməsi yuxuya pis təsir edir. Axşamlar qida qəbulundan sonra bir saat da olsa gəzintiyə çıxmaq da rahat yatmağa səbəb olan amillərdəndir”.

DİGƏR XƏBƏRLƏR

Top