Məşhur eko-fəal Almaniyada saxlanıldı


İsveçli ətraf mühit fəalı Qreta Tunberq Almaniyanın qərbində Lutzerat qəsəbəsi yaxınlığında keçirilən etiraz aksiyaları zamanı saxlanılıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Tunberq qəsəbə yaxınlığındakı kömür mədəninin yaxınlığında keçirilən etiraz aksiyaları zamanı saxlanılan fəallar arasında olub.
Xatırladaq ki, yanvarın 11-dən Lutzerat yaxınlığında nümayişlər keçirilir. Bu qəsəbə inzibati cəhətdən 43 min əhalisi olan Erkelenz şəhərinə aiddir, lakin ondan bir neçə kilometr aralıda yerləşir. Bütün yerli sakinlər 2006-cı ildə köçürülüb. Çünki, binaların yerində tezliklə yeni kömür mədəni inşa olunacaq.
İsveçli ekoloji fəalın da qoşulduğu nümayişçilər yeni mədənin işlənməsinə və binaların sökülməsinə qarşıdırlar. Bəziləri polis kordonunu yarmağa və Lutzerata tərəf yönəlməyə çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top