Son sutkada 71 nəfər yoluxub, 4 nəfər vəfat edib


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 450 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 942 nəfər müalicə olunaraq sağalıb, hazırda 454 aktiv xəstə var. Bu günə qədər 10 054 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 863, bu günə qədər isə ümumilikdə 7 461 419 test icra olunub.

Həmçinin son sutkada 445 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 218, ikinci doza vaksinlərin sayı 65 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 133-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 938 242 olub.

DİGƏR XƏBƏRLƏR

Top