AQTA-dan 50 min alan şirkət işi bu xəbər saytları ilə görəcək – Təfərrüat


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu media xidmətlərinin satın alınması üzrə elan etdiyi tenderin qalibini elan edib.
Yeniavaz.com
 xəbər verir ki, 49 min 663 manat 84 qəpik dəyərində tenderin qalibi “Buludmedia” MMC (VÖEN - 1503313261) olub.
“Buludmedia” MMC 11 ay ərzində “haqqin.az” və “azertag.az” sayıtlarında, 10 ay müddətində isə “day.az” saytında press-relizlərin, şəkillərin və video faylların hazırlanıb yayılmasını təmin edəcək.
Məlumat üçün bildirək ki, “Buludmedia” MMC 03.10.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Cəfərov Emil Kamil oğludur.
Qeyd edək ki, “Buludmedia” MMC Qida Təhlükəsizliyi İnstitutunun ötən il keçirdiyi analoji tenderin də qalibi olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top