61 il sonra ilk: Çində əhali azaldı


2022-ci ildə Çin əhalisi 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 min nəfərə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, sonuncu dəfə bu hal 1961-ci ildə ölkədə kütləvi qıtlıq zamanı yaşanıb.
Məlumata görə, 2022-ci il ərzində Çində 9,56 milyon insan doğulub, 10,41 milyon insan dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top