“Bəxtiyar Hacıyevin psixoloji durumu ağırlaşır”


Bəxtiyar Hacıyevlə görüşdüm. Aclıq aksiyasının nəticəsi olaraq hər gün səhhəti, psixoloji durumu ağırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vəkili Aqil Layıc məlumat yayıb.
“Qan şəkəri kifayət qədər aşağı düşüb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva ilə görüş istəyini nəzərimə çatdırdı. Ümid edirəm müvəkkil şəxsən ona baş çəkəcək…”, - deyə o bildirib.
Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.
 

DİGƏR XƏBƏRLƏR

Top