Lavrovun Abdullahianla görüşü təxirə salındı


Rusiya xarici işlər naziri Sergey Lavrov və İranın XİN başçısı Hüseyn Əmir Abdullahian arasında olacaq görüş təxirə salınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, görüş 17 yanvarda Moskvada planlaşdırılırdı.

Tərəflərin razılığı ilə görüş sonraya təxirə salınıb.

Həmçinin, görüş zamanı Cənubi Qafqaz, Suriya və İranın nüvə problemi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top