
Ukraynadan gələn yük gəmisi Türkiyədə Bosfor boğazında (İstanbul boğazı) saya oturub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, MKK-1 adlı 142 metr uzunluğundakı yük gəmisi Ukraynadan İstanbula gedərkən Anadolukavağı adlanan ərazinin yaxınlığında saya oturub.
İstanbulun Sahil Təhlükəsizliyi Xidməti əməkdaşları dərhal hadisə yerinə yönəldilib.
Bosfor boğazı müvəqqəti olaraq gəmilərin hərəkətinə bağlanıb.
Tətbiqimizi yükləyə bilərsiniz