Zelenski aralarında Peqovun da olduğu 198 nəfər barəsində qərarı imzaladı


Zelenskinin əmri ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının 198 nəfərə qarşı on il müddətinə sanksiya tətbiq etmək qərarı qüvvəyə minib.
Yeniavaz.com
xəbər verir ki, Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının aktyor Yeqor Beroyev, rejissor Andrey Konçalovski, prodüser Yana Rudkovskaya, hərbi jurnalist Semyon Peqov da daxil olmaqla 198 şəxsə sanksiya tətbiq edilməsi barədə qərarını imzalayıb.
Musiqi tənqidçisi Sergey Sosedov, teleaparıcı Marina Kim, yazıçı və bloger Dmitri Puçkov, teleaparıcı Ancelina Vovk, jurnalist Pavel Zarubin, jurnalist Marina Əhmədova, teleaparıcı Yuliya Baranovskaya, bloger Yuri Podolyaka da sanksiyalara məruz qalıb. Sanksiyalar ukraynalı jurnalist Diana Pançenkoya da tətbiq edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top