7 min abonentə təbii qazın verilişi bərpa olunub - Yenilənib


Biləsuvarda 7 min abonentə təbii qazın verilişi bərpa olunub.

Yeniavaz.com xəbər ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Biləsuvar şəhərinin M.İbrahimov küçəsində daşıyıcı qaz kəməri zədələndiyinə görə orada bərpa işləri aparılıb.

Bərpa işləri başa çatdırıldıqdan sonra rayona təbii qazın verilişi bərpa edilib.


***18:54

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb.

Yeniavaz.com xəbər ki, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində qaz xəttinin zədələnməsi nəticəsində şəhərin, həmçinin Zəhmətabad, Əliabad, Xırmandalı və Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.

Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top