Bu gün BQXK-yə məxsus avtomobillər Xankəndinə nə aparıb?


Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Yeniavaz.com
“Report”a istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.Belə ki, 1 yük və 5 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.  
Beynəlxalq təşkilata məxsus avtomobillərin yük yerində dərman preparatları olub.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə BQXK-yə məxsus ümumilikdə 11 avtomobil maneəsiz hərəkət edib.

DİGƏR XƏBƏRLƏR

Top