Ermənilər yenə Rusiyanın hərbi bazası ətrafında aksiya keçirirlər


Ermənistanda “Milli Demokratik Qütb” təşkilatının üzvləri Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ikinci girişində etiraz aksiyası keçirirlər.
Yenivaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, “Blokada naminə blok” şüarı ilə keçirilən aksiyanın iştirakçıları, Rusiyanın 102-ci hərbi bazasının fəaliyyətinin dayandırılmasını və rus sülhməramlılarından Laçın dəhlizində ikitərəfli fasiləsiz fəaliyyəti təmin etməyi tələb ediblər.
Qeyd edək ki, bu, “Milli Demokratik Qütb” təşkilatının Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası yaxınlığında ikinci belə aksiyasıdır.
Yanvarın 8-də keçirilən birinci belə aksiyada ümumilikdə 65 Ermənistan vətəndaşı saxlanılaraq müxtəlif polis idarələrinə aparılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top