Bəzi rayonlarda yollar buz bağlayacaq


Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 16-da ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı, gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq isə yolların buz bağlayacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top