Nepalda qəzaya uğrayan təyyarədə iki nəfər sağ qalıb - Video + Yenilənib


Nepalda qəzaya uğrayan təyyarədə iki nəfər sağ qalıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, onlar yerli sakinlərdir.
Sağ qalanların vəziyyəti ağırdır.
Qeyd edək ki, daha əvvəl KİV-də təyyarənin göyərtəsindəki 72 nəfərin hamısının həlak olması barədə məlumat yayılıb.


***11:00
“Yeti Hava Yolları”na məxsus sərnişin təyyarəsi Nepalın Pokhara şəhəri yaxınlığında qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb .
Bildirilib ki, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub.
Qəza uçuş zamanı baş verib.
Aviaşirkətin sözçüsü Sudarşan Bartola bildirib ki, təyyarə qəzasında sağ qalanların olub-olmadığı hələlik məlum deyil.
O qeyd edib ki, Fransa-İtaliya konserni ATR tərəfindən istehsal olunan ATR 72 sərnişin təyyarəsi yerə çırpılıb. O, 74 sərnişini daşımaq üçün nəzərdə tutulub.
Qeyd olunub ki, xilasedicilər artıq hadisə yerindədir.

DİGƏR XƏBƏRLƏR

Top