“Bir həftədir qazın təzyiqi çox aşağıdır, kombi işləmir, hamı xəstələnib" - Xırdalan sakini


Ötən il dekabrın əvvəllərində Abşeron rayonu Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində yaşayan sakinlərin yaşadıqları əraziyə verilən qazın təzyiqinin az olması ilə bağlı şikayətləri barədə xəbər vermişdik. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə göndərdiyimiz sorğuya 8 gün sonra cavab verilmiş və artıq sözügedən ünvanda problemin olmadığı bildirilmişdi. Problem mövcud olan vaxtlarda bunun nədən qaynaqlandığı ilə bağlı sualımız isə cavabsız qalmışdı.

Sözügedən ərazidə yaşayan sakinlər Yeniavaz.com-a müraciət edərək eyni problemin yenidən yarandığını bildiriblər.
Sakinlərin sözlərinə görə artıq bir həftədir ki, eyni hal sözügedən ərazidə yaşanır:
“Qazın təzyiqi çox aşağıdır. Kombi işləmir. Evdə soyuqdan oturmaq olmur. Hamı xəstələnib. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, heç bir nəticə yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top