Rusiya yaşayış binasını "təyyarədaşıyan qatili" ilə vurdu - Onlarla ölü və yaralı var


Rusiya ordusu Dneprdə çoxmərtəbəli yaşayış binasını X-22 raketi - “təyyarədaşıyan qatili” ilə vurub.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat, X-22 raketinin dənizdə təyyarədaşıyan qrupları məhv etmək üçün nəzərdə tutulduğunu bildirib. O deyib ki, belə raketlər nüvə başlığı da daşıya bilir.
“Dneprdə hündürmərtəbəli binaya atılan raket Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarəsindən atılan X-22 raketidir. Buraxılışlar Kursk vilayətindən və Azov dənizindən həyata keçirilib. Bu raketlərin cəmi 5 buraxılışı olub. “Təyyarədaşıyan qatili” adlanan 950 kq-lıq raket dənizdə təyyarədaşıyan qrupları məhv etmək üçün nəzərdə tutulub. O, nüvə başlığı ilə təchiz oluna bilər. Və belə bir raketlə insanların sıx məskunlaşdığı şəhəri vururlar... Bu terror aktının heç bir izahı və əsası yoxdur”, - İqnat bildirib.
Qeyd olunub ki, hücum nəticəsində indiyə qədər 14 nəfərin öldüyü, 73 nəfərin yaralandığı məlumdur. İndiyə qədər 38 nəfər dağıntıların altından xilas edilib.
Yaralananlardan 14-ü uşaqdır.
Axtarış və xilasetmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top