Baydenin digər evindən də gizli sənədlər tapıldı


ABŞ Prezidenti Co Baydenin Delaver ştatının Vilminqton şəhərindəki şəxsi evində “gizli” qeyd olunan daha bir neçə səhifə sənəd tapılıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber məlumat verib.
O xatırladıb ki, ABŞ liderinin vəkilləri iki gün əvvəl onun Delaver ştatının Vilmington və Rehoboç şəhərlərindəki evlərinə baxış keçiriblər. Bildirilib ki, Baydenin vitse-prezidentliyi dövrünə aid bir neçə məxfi sənəd evindəki qarajın saxlama yerində, digər bir səhifəlik sənəd isə bitişik otaqda saxlanılan materiallar arasında tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top