Moldova ərazisində raket parçaları tapıldı


Moldova sərhədçiləri ölkənin şimalında Briçeni yaxınlığında raket parçaları tapıblar. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sərhəd polisi fövqəladə planı həyata keçirib. Ukrayna ilə sərhəddə polis patrullarının sayı artırılıb.
Raket qırıqlarının tapılması ilə bağlı 112 Fövqəladə Xilasetmə Xidmətinə, məlumat verilib. 
Xatırladaq ki, bu gün Rusiya Ukraynaya qarşı irimiqyaslı raket hücumu həyata keçirib.
 

DİGƏR XƏBƏRLƏR

Top