Çində son bir ayda 60 minə yaxın insan koronavirusdan öldü


Çin səlahiyyətliləri bir ayda COVID-19-dan 60,000 ölüm olduğunu açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Çində 8 dekabr 2022-ci ildən 2023-cü il yanvarın 12-dək 59 938 nəfərin koronavirusla əlaqəli səbəblərdən öldüyü təxmin edilir. Onlardan 5,5 min nəfəri koronavirusun yaratdığı tənəffüs problemi səbəbindən dünyasını dəyişib, 54 min nəfərdə isə COVID-19 digər xəstəliklərlə bağlı fəsadlar törədib.
Ölənlərin orta yaşı təxminən 80-dir. Eyni zamanda, ekspertlər Çində xəstəliyin yayılmasının pik həddinin keçdiyini bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top