Zaqatalada zəlzələ oldu


Yanvarın 14-də Zaqatala seysmoloji stansiyasından 29 kilometr şimal-qərbdə - Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 12:36-da qeydə alınan zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 4.3-ə bərabər olan zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top